​Bakıda məşhur şirkətdən 35 min manat oğurlanıb

29-10-2015, 13:21
0
​Bakıda məşhur şirkətdən 35 min manat oğurlanıb
Bakıda məşhur şirkətdən oğurluq edilib. “Engin LTD”nin Türkiyə vətəndaşı olan rəhbəri Gürkan Andic polisə müraciət edərək şirkətdən 35 min manat oğurlandığını bildirib.
 
Hazırda faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, “Engin LTD” şirkəti rəsmi olaraq 22 dekabr 2000-ci ildə fəaliyyətə başlayıb. Şirkət əsasən satış və marketinq sahəsində ixtisaslaşıb. Şirkətin 70%-ə yaxın əməkdaşı satış şöbəsində fəaliyyət göstərir. Hazırda şirkətdə İnformasiya
Texnologiyaları, İnsan Resursları, Audit, Maliyyə, Mühasibat, Marketinq, Təminat, Təchizat və Texniki servis şöbələri fəaliyyət göstərir. 
скачать dle 12.1
Xəbər lenti