“Vosmoy” bazarının keçmiş sahibi: MTN-də məndən 5 milyon tələb edirdilər...

10-11-2015, 23:22
0
“Vosmoy” bazarının keçmiş sahibi: MTN-də məndən 5 milyon tələb edirdilər...
MTN-də kök salmış və artıq zərərsizləşdirilmiş qruplaşmanın əməllərindən zərər çəkən sahibkarlar başlarına gələnləri danışmağa başlayırlar. Belələrindən biri də Bakının “8-ci km” (xalq arasında “vosmoy” kimi tanınır) bazarının keçmiş sahibi Səfər Cəfərovdur. O, vaxtilə MTN-də başına açılan oyunlardan danışıb.
 
S.Cəfərovun ailəsi böyükdür, onun səkkiz qardaşı var və qardaşlarından bir neçəsi bazarda onunla birlikdə işləyiblər. MTN-in korrupsiyalaşmış əməkdaşları da bundan istifadə ediblər. 2005-ci ildə, günlərin birində ona naməlum şəxs zəng edib və xəbər verib ki, maskalılar bazarda qardaşlarının başına torba keçirərək naməlum istiqamətdə aparıblar.
 
S.Cəfərov qardaşlarının başına nə gəldiyini öyrənmək üçün təlaş içində DİN-ə, rəqiblərinə və düşmənlərinə, gümanı kimə gəlirdisə ona zəng edib. Ancaq həqiqət onun gözlədiyindən daha betər idi. Cəfərovun qardaşlarını MTN tutmuşdu. Sanki onlar bazarda alver etmirdilər, hansısa məxfi əməliyyatla məşğul idilər.
 
Cəfərov qardaşlarını azad etdirmək üçün MTN-ə yollanır, ancaq onun özünü də tuturlar. İndi protokollarda deyildiyi kimi “biznesmenə fiziki təzyiq göstərilir”, əslində isə onu vəhşicəsinə döyüblər və azadlığa çıxa bilməsi üçün 5 milyon dollar tələb ediblər. S.Cəfərov bu qədər pulunun olmadığını deyəndə MTN müstəntiqləri ona sənədləri imzalamağı təklif ediblər. Bu sənədlərə əsasən bazarın bir hissəsi MTN-çilərin olmalıydı. Həmin müstəntiqlərin adları hələlik açıqlanmır, ancaq Cəfərov konkret adlar göstərib. İş adamı görəndə ki, müqavimət mənasızdır və ölümə bərabərdir, bazarın ərazisindəki “Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub.
скачать dle 12.1
Xəbər lenti