Azərbaycanda şagird sinif yoldaşını güllələdi - TƏFƏRRÜATLAR

12-11-2015, 14:43
0
Azərbaycanda şagird sinif yoldaşını güllələdi - TƏFƏRRÜATLAR
106 saylı məktəbin direktoru Təranə Qasımova açıqlamasında bildirib ki, müəllim həmin silahı özü üçün alıbmış: “Bir müddət öncə o silahı başqa bir adama satıb. Həmin adam da biraz özündə saxlayandan sonra istəməyib, gətirib məktəbdə müəllimə qaytarıb. Hidayət müəllim də Qobu qəsəbəsində yaşadığı üçün silahı sinifdə qoyub ki, gedəndə evə aparsın. Uşaqların da gözünə sataşıb, fikirləşiblər nəsə bir şeydir. Əllərində baxanda qəfildən silah açılıb. O, odlu silah olmayıb, sancaq tipli patron olub. Mən qətiyyən müəllimin tərəfini saxlamıram, amma bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər. 
 
Qeyd edək ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
 
 Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.
 
Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib. 
 
Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. 
 
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 106 saylı məktəbdə baş verən güllənmə hadisəsi ilə bağlı məlumat yayıb. Qurumdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəbdə dərs zamanı baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılır. 
 
Baş vermiş hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb.
 
 Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək. 
скачать dle 12.1
Xəbər lenti