Sabunçuda ev yandı, FHN sönmüş ocağa gəldi - VİDEO

16-11-2015, 19:28
0
Sabunçuda ev yandı, FHN sönmüş ocağa gəldi - VİDEO

Sabunçu rayonunun Muxtarov qəsəbəsində yanğın baş verib. Yanğın Zəngilan rayonundan məcburi köçkün Məhinə Paşayevanın evində olub. Bu barədə FaktXəbər-ə məlumat verən ev sahibi bildirib ki, bu artıq ikinci dəfədir mənzilində yanğın qeydə alınıb: "Evim işıqdan yanıb. Getmişdim uşağı məktəbə qoymağa, gəlib gördüm ev yanıb. Evimlə FHN-nin binası arasında 15-20 metr məsafə var. Hasarın o üzü bu üzüdür. Bu yolu yarım saata gəliblər. Onlar gələnə kimi də ev kül olub. Keçən səfər yananda da heç kəs yaxın durmadı. Heç bi əlaqədar orqan kompensasiya ödəmədi."

Fövqəladə Hallar Nazirliyinin rəsmi açıqlamasında isə bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin  bir otağının və dam örtüyünün  yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

скачать dle 12.1
Xəbər lenti