Bakı metrosunda sərxoş sərnişin polis əməkdaşına xəsarət yetirib

16-11-2015, 19:30
0
Bakı metrosunda sərxoş sərnişin polis əməkdaşına xəsarət yetirib
Bakı Metropolitenin "28 May" stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib. Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanunu tələblərinə məhəl qoymayıb. Sərxoş sərnişin polis əməkdaşını nalayiq söyüşlərlə təhqir edib. Bundan sonra, İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
скачать dle 12.1
Xəbər lenti