Rayona getməyə pul tapa bilmədi...özünü dənizə atmaq istədi

19-11-2015, 16:37
0
Rayona getməyə pul tapa bilmədi...özünü dənizə atmaq istədi
Bakı bulvarında daha bir intihara cəhd qeydə alınıb.
 
Xaçmaz rayon Həsənqala kənd sakini, 1989-cu il təvəllüdlü Murtuzov Yusif İsaməddin oğlu özünü Dənizkənarı Milli Parkın ərazisində dənizə atmağa cəhd edib.
 
Yaxınlıqdakı şəxslər Y.Murtuzovu niyyətindən daşındırıb və o, polis bölməsinə aparılıb.
 
Bölmədə izahat yazan 26 yaşlı oğlan işsiz olduğuna və rayona getməyə pulu olmadığına görə, intihar etmək istədiyini deyib.
скачать dle 12.1
Xəbər lenti