FHN itkin düşənlərin meyitlərinin tapılmasının VİDEOgörüntüsünü yayıb

8-12-2015, 16:56
0
FHN itkin düşənlərin meyitlərinin tapılmasının VİDEOgörüntüsünü yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarışı əməliyyatından videogörüntü yayıb.
 
Dekabrın 7-də qeydə alınmış videogörüntüdə nazirliyin xilasedicilərinin itkin düşənlərin meyitini helikopterə qaldırması əksini tapıb.
 
Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
 
Hadisə baş verən zaman özüldə 63 nəfər olub.
 
Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.  
скачать dle 12.1
Xəbər lenti