Oğruluqların sayı artıb - Lerikdə supermarket qarət olunub
14-01-2016, 17:41
0
Oğruluqların sayı artıb - Lerikdə supermarket qarət olunub
Lerik rayonunun mərkəzində, avtovağzal ərazisində yerləşən Natiq Adıyevə məxsus "Halal" supermarketi qarət olunub. Mağaza sahibinə xeyli miqdarda ziyan vuran qarətçi və ya qarətçilər təhlükəsizlik kamerasından yayına biliblər. Lerik Rayon Polis Şöbəsindən (RPŞ) bildirilib ki, qarətçilər gecə saatlarında mağazaya arxa tərəfdən yaxınlaşıb, dam örtüyünü sökməklə içəri daxil olublar: "Mağaza sahibinə küllü miqdarda ziyan dəyib. Bunda başqa marketdə yerləşdirilən "Milli Ön" ödəniş terminalına müdaxilə olunub, lakin terminalda olan pullar götürə bilməyiblər".
Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.
скачать dle 12.1