Bakıda maşını göydə qoyan oğurluq: patrul haraya baxır? - FOTO

15-02-2016, 15:41
0
Bakıda maşını göydə qoyan oğurluq: patrul haraya baxır? - FOTO
Paytaxt sakini səhər işinə yollanarkən gördüyü mənzərədən şok olub.
 
Bakının Yasamal rayonu, Zahid Xəliov küçəsində oğurluq hadisəsi baş verib. Milli.Az xəbər verir ki, rayon sakini səhər işə getmək üçün avtomobilinə yaxınlaşarkən gördüyü mənzərədən şok olub. 
 
Belə ki, onun "Mercedes E Class" markalı avtomobilinin təkərlərini söküb aparıblar. Oğrular hadisəni elə səliqəli törədiblər ki, kimsənin ruhu da duymayıb: ətrafa səs salmayaraq təkərləri çıxarıb, maşını kubik daşların üzərində saxlayıblar.
 
Sakinlərin sözlərinə görə, bu cür hadisələr artıq bir neçə dəfə baş verib. Buna səbəb isə sözügedən əraziyə post patrul əməkdaşlarının biganəliyidir. Onlar bildirirlər ki, istər gündüz, istərsə də gecə vaxtı post patrul maşınlarını burada görmək qeyri-mümkündür, dəfələrlə rayon polisinə bildiriş olsa da, məsələyə hər kəs göz yummaqdadır. 
 
Bakıda maşını göydə qoyan oğurluq: patrul haraya baxır? - FOTO
 
Bakıda maşını göydə qoyan oğurluq: patrul haraya baxır? - FOTO
 
Bakıda maşını göydə qoyan oğurluq: patrul haraya baxır? - FOTO
скачать dle 12.1
Xəbər lenti