Evində körpə olan hər kəs bu xəbəri oxusun - FOTO

15-02-2016, 15:42
0
Evində körpə olan hər kəs bu xəbəri oxusun - FOTO


Udduğu batareya uşağın ağciyərini deşdi.

İki yaşlı qız oyuncağın kiçik batareyasını uddu... və ölümdən döndü.

DailyMail-in məlumatına görə, Sofi adlı qızcığaz otağında oynayan zaman oyuncağın içindən çıxardığı batareyanı udur və bərkdən ağlamağa başlayır. Uşağın səsinə otağa gələn valideynlər təlaşdan nə edəcəklərini bilmirlər. Uşağının hələ heç vaxt bu cür ağladığını görməyən anası Kler körpə qızına sarılıb sakitləşdirməyə çalışsa da, alınmır. Boğazını tutub ağlayan uşağın çox pis vəziyyətdə olduğunu görən ana onun nəsə udduğunu başa düşür. Sofini təcili həkimə çatdırırlar və rentgen nəticəsində onun batareya udduğu məlum olur.

Həkimlər batareyanı uşağın bədənindən çıxarmağa nail olurlar. Lakin ciyərindəki deşiyi görmürlər. Xəstəxanadan evə buraxıldıqdan sonra Sofinin vəziyyəti günü-gündən pisləşməyə başlayır. Təkrar müayinə zamanı məlum olur ki, batareyanın tərkibindəki turşu nəticəsində uşağın ağciyərində yaranan deşik getdikcə böyüyür.  

2 yaşlı körpə yenidən əməliyyat olunur və 6 aylıq müalicə kursu keçir.

Möcüzə nəticəsində həyata qayıdan Sofinin hazırki durumu yaxşıdır, ancaq hələ də hər gün həb qəbul edir. Bu hadisədən sonra Sofinin valideynləri dərnək yaradıblar, xeyriyyə məqsədilə pul toplayıb eyni halların baş verdiyi ailələrə yardım edirlər. 

 

Evində körpə olan hər kəs bu xəbəri oxusun - FOTO

Evində körpə olan hər kəs bu xəbəri oxusun - FOTO

Evində körpə olan hər kəs bu xəbəri oxusun - FOTO

Evində körpə olan hər kəs bu xəbəri oxusun - FOTO

 

Evində körpə olan hər kəs bu xəbəri oxusun - FOTO

скачать dle 12.1
Xəbər lenti