Bakı səmasında məcburi eniş
17-02-2016, 23:37
0
Bakı səmasında məcburi eniş
Gürcüstanın paytaxtı Tbilisidə müşahidə olunan qatı duman səbəbindən Tbilisinin beynəlxalq hava limanı 10-a yaxın aviareysi qəbul edə bilməyib. Bu səbəbdən Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Gürcüstana rəsmi səfəri təxirə salınıb.
Hava limanının rəsmiləri bildirib ki, "Türk Hava Yolları"nın iki, "Pegasus" və "Atlas Global" aviaşirkətləri isə bir neçə aviareysi təxirə salınıb: "Kiyevdən yerinə yetirilməli olan reys də təxirə salınıb. Moskvadan yerinə yetiriləcək aviareysin də vaxtı dəyişib. "Fly Dubai" şirkətinə məxsus təyyarə İrəvanda məcburi eniş edib. Bundan başqa, Çindən Tbilisiyə uçan təyyarə Bakıda məcburi eniş edib".
Təxirə salınan aviareyslər bu gün yerinə yetiriləcək.
Hazırda Tbilisidə müşahidə olunan qatı duman seyrəlmək üzrədir.
скачать dle 12.1