Göygöldə baş verən yol qəzasında 8 nəfər yaralandı

19-02-2016, 15:42
0
Göygöldə baş verən yol qəzasında 8 nəfər yaralandı

Göygöldə 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə Göygöl şəhərinin Ayaz Kazımov və Sabir küçələrinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı avtomobillə "Hyundai" markalı maşının toqquşması nəticəsində 8 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlar Göygöl rayon Mollacəlili kənd sakinləri, 24 yaşlı Qədim və 28 yaşlı Bilman Abdiyevlər, 30 yaşlı Sahib Quliyev, 29 yaşlı Sənan Məcidov, 23 yaşlı Taleh Səmədzadə, 20 yaşlı Rüfət Həsənov, 25 yaşlı Şaiq Əhmədov və Gəncə şəhər sakini, 43 yaşlı Araz Tanrıverdiyevdir. Yaralılardan Qədim Abiyev və Sahib Quliyev vəziyyətləri ağır, digərlərininki isə orta ağır qiymətləndirilir.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti