Zaqatalada xüsusi əməliyyat keçirilib: SAXLANILANLAR VAR
4-03-2016, 16:20
0
Zaqatalada xüsusi əməliyyat keçirilib: SAXLANILANLAR VAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşları tərəfindən martın 3-də saat 22 radələrində şəhər sakini İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi, habelə rayon sakinləri İsrafil Şamxalovun, Etibar Babayevin, İlham Hüseynovun, Əfqan Hüseynovun, qardaşı Sahibin, Abubakar Ömərlinin, Məhəmməd Buğluyevin və Vüsal Atayevin dini toplantı təşkil etməsi müəyyən edilmişdir.
Həyata keçirilmiş tədbirlərlə İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülmüşdür. Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcəkdir.
RPŞ-yə gətirilərkən Ə.Hüseynov və qardaşı Sahib polis əməkdaşlarının tələblərinə tabe olmamışlar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilmiş, digərlərinin izahatları alındıqdan sonra buraxılmışlar.
скачать dle 12.1