Rusiyanın hüquq mühafizə orqanları Vladimir əyalətinin "Dobroselski" parkında yırtıcı heyvanın balaca oğlan uşağına hücümunu araşdırmaq məqsədi ilə istintaqa başlayıblar.
Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuatla əlaqələr şöbəsinin rəisi Anna Bassova hadisəyə münasibətini bildirərkən qeyd edib ki, zərər çəkmiş polisə müraciət etməyib və xəstəxanaya hadisə ilə əlaqədar heç bir müraciət daxil olmayıb. Hadisənin araşdırılması davam etdirilir.
Xatırladaq ki, bir neçə gün bundan öncə "Dobroselski" parkında nəzarətdən kənarda qalmış yırtıcı heyvan balaca oğlan uşağına hücüm edib. Valideyinin hadisə yerində olması balacanın xəsarət almaması ilə nəticələnib. Parkın daimi ziyarətçiləri bildiriblər ki, yırtıcı heyvanın nəzarətsiz qalmasını ilk dəfə deyil ki, müşahidə edirlər.