Nardaran hadisələrində saxlanılan şəxslərin məhkəməsi başlayıb

30-03-2016, 17:25
0
Nardaran hadisələrində saxlanılan şəxslərin məhkəməsi başlayıb

Sabunçu rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərdən bəzilərinin cinayət işi üzrə məhkəmə prosesləri başlayıb.

Saxlanılan şəxslərdən 20-dən çox şəxsin cinayət işi üzrə ayrı-ayrılıqda məhkəmə prosesləri başlayıb. Hazırlıq iclaslarında təqsirləndirilən şəxslərin anket məlumatlar dəqiqləşdirilib. Məhkəmələrin baxış iclasları aprel ayının müxtəlif günlərinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl 20-dən çox şəxsin barəsində olan cinayət işi digərlərindən ayrılaraq baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İstintaqı başa çatan şəxslər əsasən Nardaran sakinlərdir. Onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunurlar. 

скачать dle 12.1
Xəbər lenti