Ağac avtomobillərin üzərinə aşıb, FHN köməyə gəlməyib - FOTO

9-09-2015, 17:56
0
Ağac avtomobillərin üzərinə aşıb, FHN köməyə gəlməyib - FOTO
Sentyabrın 8-də axşam saat 18:00 radələrində Nərimanov rayonunda Tələt Şıxəliyev küçəsi 12 saylı (177 saylı orta məktəblə üzbəüz) binanın qarşısında çoxillik ağac qırılaraq avtomobillərin üzərinə düşüb. Ağacın altında qalan azı 3 minik avtomobili əzilib. Təsadüf nəticəsində insanlara ziyan dəyməyib. 
 
Sakinlər dəfələrlə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə, yerli hakimiyyət orqanlarına zəng etsələr də köməyə gələn olmayıb. Fövqəladə Hallar Nazirliyinin qaynar xəttindəki operator hadisə yerinə göndərmək  üçün avtomobillərinin olmamasını və ya lazımı ünvanda telefona cavab verən şəxsin yerində olmamasını bildirib. Yerli icra hakimiyyəti orqanlarından da köməyə gələn olmayıb.
 
Nəhayət, məcburiyyət qarşısında qalan sakinlər özləri kranları gətirib, pulunu ödəyib, avtomobillərini xilas edib.
 
 
 
 
скачать dle 12.1
Xəbər lenti