Bakıda yaşayış binasında yanğın:2 azyaşlı tüstüdən zəhərləndi

24-10-2016, 13:57
0
Bakıda yaşayış binasında yanğın:2 azyaşlı tüstüdən zəhərləndi

Bakıda yaşayış binasında baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib. Onlar 10 yaşlı Aysu Rəhimova və onun qardaşı, 7 yaşlı Nuran Rəhimovdur. Azyaşlılar xəstəxanaya yerləşdirilib.

***

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli 10 p.m yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

скачать dle 12.1
Xəbər lenti