1300 işçi məcburi məzuniyyətə göndərilir

16-11-2016, 17:20
0
1300 işçi məcburi məzuniyyətə göndərilir

Xəzər Dəniz Gəmiçiliyi idarəsinin  “Bibiheybət” Gəmi Təmiri Zavodunun  işçiləri məcburi məzuniyyətə göndərilir. Bu barədə idarənin adının çəkilməsini istəməyən işçisi azadliq.info-ya məlumat verib.

“Gəmi Təmir Zavodunun 1300-ə yaxın işçisini növbə ilə öz hesablarına məzuniyyətə göndərillir. Bunu iş olmaması ilə əlaqələndirirlər. Amma idarənin gəmiləri digər firmalara icarəyə verilir. Halbuki, idarənin öz işçiləri həmin işləri görə bilər”,- məlumatda bildirilir.

Redaksiyamıza müraciət edən şəxs Gəmi Təmiri Zavodunda gəmilərin doğranaraq “metalloma” verildiyini də bildirib.

скачать dle 12.1
Xəbər lenti