Evə ildırım düşüb: ata və körpə uşaq xəsarət alıb - AZƏRBAYCANDA

12-09-2015, 18:40
0
Evə ildırım düşüb: ata və körpə uşaq xəsarət alıb - AZƏRBAYCANDA
Balakəndə fərdi yaşayış evinə ildırım düşməsi nəticəsində ev külə dönüb, ev sahibi və onun körpə övladı yanıq xəsarəti alıblar.
 
Bu gün səhər saat 06.00 radələrində rayonun Gərəkli kəndində Teymur Xipiyevə məxsus ümumi sahəsi 156 kv/m olan 4 otaqlı fərdi yaşayış evinə ildırım düşüb. Nəticədə evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı ev sahibi Teymur Xipiyev və onun 2015-ci il təvəllüdlü qızı Olqa Xipiyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar və Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 
 
Xəstəxanadan bildirilər ki, Teymur Xipiyevə 3-cü dərəcəli, körpəyə isə 2-ci dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.
скачать dle 12.1
Xəbər lenti