Biləsuvarda məktəb direktorunun otağı yanıb
14-09-2015, 16:42
0
Biləsuvarda məktəb direktorunun otağı yanıb
Biləsuvarda orta məktəbdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Təzəkənd kəndində ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli 18 sinifdən ibarət orta məktəbin sahəsi 15 kv.m olan direktor otağı yanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində məktəbin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
скачать dle 12.1