İcra başçısı jurnalistə qarşı iddiadan imtina edib

13-05-2018, 21:19
9 872
İcra başçısı jurnalistə qarşı iddiadan imtina edib

Cəlilabad rayonunun keçmiş rəhbəri, hazırda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqova qarşı xüsusi ittiham qaydasında iddiasından imtina edib. Bu barədə Ə.Əzizovun nümayəndəsi bugünkü məhkəmə iclasında bildirib.

Cəlilabad Rayon Məhkəməsi bunu nəzərə alaraq şikayətlə bağlı icraata xitam verilməsi haqda qərar qəbul edib. Bunu Turan-a vəkil Elçin Sadıqov bildirib.

Xatırladaq ki, Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, İcra Hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayır.

2017-ci ilin noyabrında Ali Məhkəmə Ə. Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb.

Ancaq 2017-ci ilin dekabrında Ə. Əzizov diffamasiya iddiası qaldıraraq jurnalisti ona qarşı böhtan yaymaqda ittiham edib.

Bu gün saat 16:00-da Cəlilabad Rayon Məhkəməsində Ə.Əzizovun iddiası üzrə iclas təyin edilib.

скачать dle 12.1
Xəbər lenti