Mingəçevirdə sərnişin mikroavtobusu aşıb

22-05-2018, 21:20
9 677
Mingəçevirdə sərnişin mikroavtobusu aşıb

Hadisə zamanı xəsarət alanlar var

Mingəçevir şəhərində 7 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin mikroavtobusu “Niva” markalı avtomobillə toqquşub. Hadisə şəhərin Sağ Sahilində, Təbriz küçəsində baş verib. Zərbənin təsirindən içi sərnişinlərlə dolu olan mikroavtobus aşıb.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 5-i ağır xəsarətlərlə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırlıblar. İlkin məlumata görə, yaralılardan biri kişi, 4-ü qadındır. Xəstəxanadan yaralıların vəziyyətlərinin ağır olduğu bildirilib.

Faktla araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti