Bərdədə yol hadisəsi, ölən var

24-07-2018, 17:59
10 848
Bərdədə yol hadisəsi, ölən var

Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

“Mercedes” markalı mikroavtobusla “VAZ 2107” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə deyib. Qəza zamanı “VAZ 2107″in sürücüsü hadisə yerində ölüb.

скачать dle 12.1
Xəbər lenti