Bəzi rayonlarda leysan, dolu gözlənir

20-05-2019, 20:11
10 712
Bəzi rayonlarda leysan, dolu gözlənir

Mayın 21-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənir. Gecə və səhər arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, axşam onun şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 21-25, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti proqnozlaşdırılır.

Mayın 21-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 13-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təxmin edilir.

скачать dle 12.1
Xəbər lenti