Qanlı Tiananmen hadisələrinin 30-cu ildönümü sükutla keçir

4-06-2019, 12:54
18 296
Qanlı Tiananmen hadisələrinin 30-cu ildönümü sükutla keçir

Çin iyunun 4-də Pekinin mərkəzindəki Tiananmen meydanında təhlükəsizliyi gücləndirib. Həmin gün demokratiya tələb edən etirazçılara divan tutulub, yüzlərlə, hətta minlərlə etirazçının öldürüldüyü bildirilir.

Sözügedən qanlı hadisələr haqda Çində açıq danışılmır, hökumət bu günü rəsmi qeyd eləmir.

Tiananmen meydanı yaxınlığındakı metrostansiyada polis turistlərin, sərnişinlərin şəxsiyyət vəsiqəsini yoxlayır.

Əraziyə xarici reportyorlar buraxılmır, polis onlara şəkil çəkməmək göstərişi verib.

1989-cu ilin yazında tələbə və fəhlələr Tiananmen meydanına yığışaraq demokratik dəyişiklik, korrupsiyaya son tələb ediblər. Bundan sonra etirazlar ölkəyə yayılıb.

Etirazların yeddinci həftəsində Kommunist hökuməti tankları və əsgərləri nümayişçilərin, onları kənardan izləyənlərin üstünə göndərib.

ABŞ Dövlət katibi Mike Pompeo iyunun 3-də verdiyi bəyanatda “otuz il öncə hüquqlarını tələb etmək üçün cəsurcasına ayağa qalxan Çin xalqının qəhrəmanları”na ehtiramını bildirib.

Pompeo Çini həmin hadisələr zamanı ölənlər, itkin düşənlər barədə hərtərəfli hesabat verməyə çağırıb.

Çinin Vaşinqtondakı səfirliyi isə Pompeo-nun bəyanatını tənqid edib, bunu “Çinin daxili işlərinə kobud müdaxilə” adlandırıb.

Avropa Birliyi də həmin hadisələrlə bağlı daha artıq şəffaflığa səsləyib.

скачать dle 12.1
Xəbər lenti