Rusiyalı hamilə qadınlar niyə Argentinaya can atırlar

11-02-2023, 15:37
4 479
Rusiyalı hamilə qadınlar niyə Argentinaya can atırlar

Argentinada Buenos-Ayresin hava limanında miqrasiya xidmətinin əməkdaşları Rusiyadan olan bir neçə hamilə qadını ölkəyə buraxmayıblar.

Onların saxlandığı barədə məlumatı Sirena saytına qadınlardan birinin əri verib.

Xəbərdə deyilir ki, fevralın 7-də Argentinaya bir hamilə rusiyalı qadını, fevralın 8-də iki qadını, fevralın 9-da isə 15 hamilə qadını buraxmayıblar.

Sonradan məlum olub ki, qadınlardan ailə üzvləri ilə birlikdə olanların ölkəyə daxil olmasına icazə verilib.

“Аргентина на русском” teleqram-kanalı xəbər verir ki, hamilə rusiyalıların ölkəyə daxil olmaları “saxta turizm” kriteriyası ilə qadağan edilir.

Hakimiyyət orqanları hesab edirlər ki, bu qadınlar ölkəyə gəlişlərinin məqsədi barədə yalan məlumat verirlər.

Xəbər verilir ki, qadınlardan üçü məhkəməyə müraciət etsə də, onlardan yalnız birinin ölkədə qalmasına icazə verilib.

Argentina qanunları

CurrentTime telekanalının məlumatına görə fevralın 10-da Buenos-Ayres hava limanında 6 hamilə rusiyalı qalmışdı.

Onları da ölkəyə buraxmaqdan imtina edirdilər.

Argentina qanunlarına görə bu ölkənin ərazisində doğulan uşaqlara avtomatik olaraq vətəndaşlıq verilir.

Bundan sonra isə uşağın valideynlərinə də daimi oturum və nəhayət hətta vətəndaşlıq vermək məcburiyyəti yaranır.

Rusiyanın Argentinadakı səfirliyi bildirir ki, 2022-ci ildə bu ölkəyə 2500-dək rusiyalı qadın gəlib. Onların əksəriyyətinin Argentinaya uşaq doğmaq məqsədilə gəldiyi bildirilir.

Diplomatların təxminlərinə görə 2023-cü ildə Argentinaya köçən rusiyalıların sayı 10 min nəfərə çatacaq.

скачать dle 12.1
Xəbər lenti