Elbrus dağında alpinist ölüb

26-02-2023, 16:59
4 393
Elbrus dağında alpinist ölüb

Fevralın 25-də Elbrusda zirvəyə qalxan alpinistin öldüyü məlum olub.

İlkin məlumata görə, 5 nəfərin daxil olduğu qeydiyyatdan keçmiş turist qrupu Elbrusun yamacı ilə dağın zirvəsinə doğru hərəkət edib. Qrup 4800 metr hündürlüyə çatanda xilasedicilərdən kömək istəyib.

Alpinistlər Pastuxov qayaları yaxınlığında olduqlarını bildiriblər və qrup üzvlərindən birinin ölümü ilə bağlı məlumat veriblər.

Mərhumun yoldaşlarının sözlərinə görə, o, ürək tutması nəticəsində həlak olub.

Həmçinin Elbrusda üç snoubordçu qar uçqununa düşüb. Bildirilir ki, onlar Terskol dərəsi yaxınlığında qeyd olunmamış cığırla gediblər.

скачать dle 12.1
Xəbər lenti