"Neftçi" rəhbərliyi ilə azarkeşlər arasında 5 saatlıq gərgin görüş - VİDEO

6-10-2015, 23:57
0
"Neftçi" rəhbərliyi ilə azarkeşlər arasında 5 saatlıq gərgin görüş - VİDEO
"Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov ötən gün azarkeşlərlə görüşüb. Bu barədə "Report"a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev açıqlama verib.
 
O, bildirib ki, görüş təxminən 5 saatadək davam edib. Ç.Abdullayev bu açıqlamanı görüş davam etdiyi vaxt verdiyindən, nəticədən hələ xəbərsiz olduğunu söyləyib. Müşahidə Şurasının sədri azarkeşlər arasında kənardan öyrədilmiş şəxslərin olduğuna inanmadığını da əlavə edi: "Azarkeşlərin narazılıqları təbiidir. Biz də bəzi şeyləri bilirik. Hazırda bu məsələnin həlli üzərində düşünürük. İnanmıram ki, onların arasında öyrədilmiş şəxslər olsun".
 
Müşahidə Şurasının sədri azarkeşləri anlayışlı olmağa çağırıb: "Tərəfdarlarımız başa düşməlidirlər ki, biz bu komandanı qururuq. Tam yeni kollektiv yaradırıq. Demişik ki, yavaş-yavaş yuxarı səviyyəyə qaldıracağıq. "Neftçi" həmişə birinci yerdə olmalıdır. İnanıram ki, belə də olacaq". 
 

 

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının VII turunda "Zirə"yə 0:2 hesabı ilə uduzub. Flaqman hazırda 9 xalla 5-ci pillədədir.
скачать dle 12.1
Xəbər lenti