Azərbaycanlı baş məşqçi erməni idmançını ölümdən qurtardı - FOTO
29-10-2015, 00:45
0
Azərbaycanlı baş məşqçi erməni idmançını ölümdən qurtardı - FOTO
Taekvondo Karate Federasiyası tərəfindən təşkil edilən WTF, GTF və Budo çempionatları üçün Kiprdə gedən erməni idmançı boğulma təhlükəsi ilə üzləşib.
BRTK-ya istinadən veriyi məlumata görə, 22 oktyabr 2015-ci ildə müsabiqəsi bitən erməni idmançı David Atenesyan günortadan sonra sərinləmək üçün qaldıqları yaşayış kompleksinin hovuzun girib və orada da huşunu itirib. Bunu görən Azərbaycan komandasının məşqçisi Həsən Həsənzadə dərhal hovuza atılaraq erməni idmançını çıxarıb və ona ilkin tibbi yarım göstərib. Erməni idmançının nəfəs alamdığını görən azərbaycanlı məşqçi erməni idmançıya süni tənəffüs də verib və təcili tibbi yardım maşını gələnə qədər idmançını həyatda saxlamağı bacarıb.
Girne Akçiçek Xəstəxanasına aparılan erməni idmançı bir gecə xəstəxanada qalıb. O, ayıldıqdan sonra heç bir şey xatırlamadığını, oyananda özünü xəstəxanada gördüyünü və yuxudan ayıldığını düşünüb.
Xəstəxanadan çıxandan sonra azərbaycanlı məşqçiyə təşəkkürə etməyə gedən idmançılar bir-birinə sarılaraq yoldaşlarının həyata qayıdışını qeyd ediblər. Azərbaycanlı və erməni idmançılar qucaqlaşaraq bütün ölkələrə dostluq nümunəsini göstəriblər. Şimali Kiprdə ikinci həyatına başladığını deyən Davit bundan sonra azərbaycanlıların qardaşları olduğunu deyib.
скачать dle 12.1