“Avro-2016”nın seçmə mərhələsində VII turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar keçirilib.
A qrupunun lideri İslandiya səfərdə Hollandiya millisi ilə qarşılaşıb. Qrup ikincisi Çexiya öz meydanında autsayder Qazaxıstanı sınağa çəkib. Hesabda geri düşən çexlər fasilədən sonra iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.
Türkiyə millisi isə evdə Latviya ilə qüvvəsini sınayıb. Qrupdan çıxmaq şanslarını saxlayan Fatih Terimin komandası bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin 77-ci dəqiqədə hesabı açan Türkiyə millisi oyuna əlavə edilmiş 1-ci dəqiqədə qapısında top görüb - 1:1.
B qrupunun lideri olan Uels səfərdə Kiprin qonağı olub. Qaret Beylin vurduğu yeganə qol Uels liderliyini daha da möhkəmləndirib. İsrail yığması aktivində xalı olmayan Andorranı qəbul edib. Rəqibinə 4 cavabsız qolla qalib gələn İsrail yığması xalını 13-ə yüksəldib.
Qrup ikincisi Belçika isə doğma meydanda Bosniya və Hersoqavina yığması ilə qarşılaşıb. Matçın 15-ci dəqiqəsində Edin Dzeko qonaqları hesabda önə keçirib. Lakin matçın sonrakı dəqiqələrində 3 qol vuran belçikalılar görüşdən 3 xalla ayrılıb.
A qrupu
23:45. Çexiya - Qazaxıstan - 2:1
Qollar: Loqvinenko, 21 (0:1), Skoda, 74 (1:1), 86 (2:1)23:45. Hollandiya - İslandiya - 0:1
Qol: Siqurdson, 51 (0:1)Qırmızı vərəqə: Martins İndi, 33 (Hollandiya)23:45. Türkiyə - Latviya - 1:1
Qollar: S.İnan, 77 (1:0), Sabala, 90+1 (1:1)
S
|
Komandalar
|
O
|
Q
|
H
|
M
|
T-F
|
Xal
|
1.
|
İslandiya
|
7
|
6
|
0
|
1
|
15:3
|
18
|
2.
|
Çexiya
|
7
|
5
|
1
|
1
|
14:9
|
16
|
3.
|
Hollandiya
|
7
|
3
|
1
|
3
|
13:7
|
10
|
4.
|
Türkiyə
|
7
|
2
|
3
|
2
|
8:9
|
9
|
5.
|
Latviya
|
7
|
0
|
4
|
3
|
3:14
|
4
|
6.
|
Qazaxıstan
|
7
|
0
|
1
|
6
|
5:16
|
1
|
B qrupu
23:45. Belçika - Bosniya və Hersoqavina - 3:1 Qollar: Dzeko, 15 (0:1), Fellaini, 23 (1:1), de Bruyne, 44 (2:1), Hazard, 78-pen (3:1)
23:45. Kipr - Uels - 0:1 Qol: Beyl, 82 (0:1)
23:45. İsrail - Andorra - 4:0 Qollar: Zehavi, 4 (1:0), Bitton, 22 (2:0), Hemed, 25-pen (3:0), Dabbur, 38 (4:0)
S
|
Komandalar
|
O
|
Q
|
H
|
M
|
T-F
|
Xal
|
1.
|
Uels
|
7
|
5
|
2
|
0
|
9:2
|
17
|
2.
|
Belçika
|
7
|
4
|
2
|
1
|
16:3
|
14
|
3.
|
İsrael
|
7
|
4
|
0
|
3
|
14:9
|
13
|
4.
|
Kipr
|
7
|
3
|
0
|
4
|
12:12
|
9
|
5.
|
Bosniya və Herseqovina
|
7
|
2
|
2
|
3
|
9:10
|
8
|
6.
|
Andorra
|
7
|
0
|
0
|
7
|
3:27
|
0
|
|