Azərbaycan derbisinin qalibi "Neftçi" oldu - FOTO
2-12-2015, 18:35
0
Azərbaycan derbisinin qalibi "Neftçi" oldu - FOTO
Noyabrın 29-da Topaz Premyer Liqasında 14-cü tur çərçivəsində daha bir oyun keçirilib.
“Neftçi” doğma meydanda əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Rəqiblərin cari mövsümdəki ilk duelindən fərqli olaraq bu görüşdə “Neftçi” Azərbaycan çempionunu minimal hesabla məğlub edib - 1:0.
Bu, “ağ-qaralar”ın “Qarabağ” üzərində doqquz oyunluq fasilədən sonra ilk qələbəsidir. Bu məğlubiyyət, həmçinin “Qarabağ”ın cari mövsümdə ikinci uğursuzluğudur.
Yeni baş məşqçi Əsgər Abdullayevin rəhbərlik etdiyi flaqmana qələbə gətirən qolu 65-ci dəqiqədə Rəhman Hacıyev vurub. O, cərimə zərbəsindən topu doqquzluğa göndərərək hesabı açıb.
Beləliklə, hazırda Azərbaycan çempionu 32 xalla turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi isə xalını 19-a çatdıraraq altıncı sırada mövqeyini möhkəmləndirib.
Tura noyabrın 30-da keçiriləcək “Qəbələ” – “Rəvan” matçı ilə yekun vurulacaq.
скачать dle 12.1