"İnter" avrokuboklardan uzaqlaşdırıldı
17-12-2015, 14:06
0
"İnter" avrokuboklardan uzaqlaşdırıldı
Maliyyə problemləri yaşayan Bakının "İnter" klubu 3 il müddətinə avrokuboklardan uzaqlaşdırılıb. Bu barədə UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Arbitaj Palatası qərar qəbul edib.
Məsələ burasındadı ki, "bankirlər" öz əməkdaşlarına və sosial- vergi xidmətlərinə gecikdirilmiş borcları var. Ali futbol qurumu isə həmin borcların ödənilməsini tələb edir. Buna görə Beynəlxalq Bankın sponsoru olduğu komanda 30 sentyabr 2015-ci ilədək olan təxirəsalınmaz kreditor borclarını ödədiyini 31 yanvar 2016-cı ilədək sübut etməlidi. Əks halda "İnter" növbəti 3 mövsümdə avrokuboklardan kənar qalacaq. Buna qədər isə bakılılar 50 min avro cərimələnib.
Qeyd edək ki, "İnter"lə yanaşı, Portuqaliyanın "Braqa", Rumıniyanın "Tırqu-Mureş", "Astra", "Botoşani" və Ukraynanın "Dnepr" klublarına da eyni xəbərdarlıq edilib.
скачать dle 12.1