Güləş üzrə Azərbaycan çempionatı başlayıb
26-12-2015, 22:22
0
Güləş üzrə Azərbaycan çempionatı başlayıb
Bakı İdman Sarayında güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk yarış günündə 57, 61, 65, 70 və 74 kq çəki dərəcələrində 152 nəfər sərbəst güləşçi mübarizə aparır.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
скачать dle 12.1