Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin "Qalatasaray" klubu norveçli yarım müdafiəçi Martin Linnesi transfer edib. Martın Linnes, dünən axşam istanbula gəlib.
"Qalatasaray" klubu 24 yaşlı Martın Linnesin transferi üçün Norveçin "Molde" klubuna ilə razılığa gəlib. Futbolçu ilə 3.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Molde"nin UEFA Avropa Liqasındakı oyunlarında çıxış edən Martın Linnes, "Qalatasaray"ın Avropa Liqası oyunlarında iştirak edə bilməyəcək.
O, qaydalar çərçivəsində yalnız Super Liqa və Türkiyə Kuboku qarşılaşmalarında oynaya biləcək.