Azərbaycan Malta ilə bərabərliyə qaldı

7-09-2015, 05:40
0
Azərbaycan Malta ilə bərabərliyə qaldı

 

Bu gün "Avro-2016"nın seçmə mərhələsində 8-ci turun oyunlarına start verildi.
Azərbaycan yığması da növbəti matçına çıxdı. Robert Prosineçkinin komandası səfərdə qrupumuzun autsayderi Maltanın qonağı oldu.
Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn komandamız eyni uğuru səfərdə də təkrarlamağa çalışdı.
Komandamız birinci hissədə baxımlı qol vuraraq önə çıxsa da ikinci hissədə müdafiəmizin kobud səhvindən geriyə düşdü. Futbolçularımız qapısında iki top gördü. Amma oyuna üstünlüyü əldən verməyən yığmamız Maltanın qapısına yol tapa bildi.
Hesabı bərabərləşdirən yığmamız oyunun sonuna qədər hücumda oynasa da hesabı dəyişə bilmədi. Oyun 2-2 hesabı ilə başa çatdı.
скачать dle 12.1
Xəbər lenti