Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ulduzları arasında yer alan Useyn Bolt, kişilər arasında 200 metr məsafəyə qaçışda şou göstərib.
Bolt, keçirilən yarışda 19.78-lik nəticə göstərərək birinci olub. Finiş xəttinə az qalmış öz rəqibi ilə rəsmən məzələnib.
Yamaykalı atlet, çox rahat bir şəkildə öndə tamamladığı yarışın sonunda kanadalı rəqibi Andre De Qrass ilə zarafatlaşıb.
Müsabiqədə, Ramil Quliyev 200 metr məsafəyə qaçışda öz gücünü göstərib. İlk olaraq yarımfinala yüksələn atlet 20.09 saniyə ilə finala yüksəlməyi bacarıb.
Qeyd edək ki, final yarışı avqustun 19-da Bakı vaxtı ilə saat 05:30-da olacaq.