“Qarabağ”ın qəza törədən futbolçusunun sərxoş olub-olmaması araşdırılır

8-12-2016, 17:00
0
“Qarabağ”ın qəza törədən futbolçusunun sərxoş olub-olmaması araşdırılır
Bakıda ailə üzvlərinin qəzaya düşməsi, bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnin bəzi təfərrüatı məlum olub.
 
Qəza ötən gecə saat 16 radələrində baş verib. Qəzaya səbəb olan "BMW" markalı 90 OH 111 dövlət qeydiyyat nişanlı maşının sürücüsü Balayev Emil Nazim oğlunun idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkət edib. Suraxanı Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, bu hadisə ilə bağlı hələ ki, saxlanılan yoxdur. Yalnız təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra qəzada kimin günahkar olduğu müəyyən olunacaq. E.Balayev sərxoşluğun yoxlanılması üçün müvafiq məntəqəyə dəvət edilib. Yaralılar dindirilib. Araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, Balayev Emil Nazim oğlu "Qarabağ" futbol klubunun qapıçısıdır.
 
Xatırladaq ki, hadisə nəticəsində Əbdulbağır Bağırov və həyat yoldaşı Günel Bağırova yaralanıb, onların 6 aylıq oğlu Xalid Bağırov isə dünyasını dəyişib.
скачать dle 12.1
Xəbər lenti