"Qarabağ" və "Qəbələ"nin qrup mərhələsində son oyunları

8-12-2016, 17:01
0
"Qarabağ" və "Qəbələ"nin qrup mərhələsində son oyunları
Azərbaycanın futbol üzrə Avropa Liqasının qrup mərhələsində təmsilçiləri olan "Qarabağ"la "Qəbələ" bu gün son turun oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, Ağdam klubu "pley-off"a vəsiqə uğrunda mübarizədə həlledici matçın iştirakçısı olacaqsa, "qırmızı-qaralar" formal qarşılaşmaya çıxacaq. 
 
Qurban Qurbanovun komandası qrup lideri olan İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək. Ağdam təmsilçisi qalib gələcəyi halda, Yunanıstanda PAOK-la Çexiya "Slovan"ı arasındakı matçının nəticəsindən asılı olmayaraq, 1/16 finala yüksələcək. Özü də Azərbaycan çempionu buna qrup lideri kimi nail olacaq. "Qarabağ" heç-heçə edəcəyi halda da adını növbəti mərhələyə yazdıra bilər. Bunun üçün Saloniki təmsilçisinin evdə qlaib gəlməməsi lazımdır. Florensiya komandasına isə qrupdan çıxmaq üçün bərabərlik da yetərlidir. İtalyanlar Bakıda uduzacaqları halda da pley-offa yüksələ bilərlər. Amma bunun üçün PAOK "Slovan"ı udmamalıdır.  
 
Qrupdan çıxma şansını itirən Roman Qriqorçukun komandası isə Almaniyada "Maynts"ın qonağı olacaq.
 
"Qırmızı-qaralar" bu mərhələdə keçirdiyi ilk 5 matçın hamısında meydanı məğlub tərk etdiyindən, hesabında xal yoxdur. Bugünkü oyun ilk xalı, ilk qələbəni qazanmaq baxımından son şansdır. "Qəbələ" qrupda debüt etdiyi ötən mövsümdə də qalib gələ bilə bilməyib, amma PAOK-la matçlarda qolsuz bərabərliklər sayəsində 2 xal toplaya bilib.
 
8 dekabr
 
Avropa Liqası, qrup mərhələsi, VI tur
 
J qrupu
 
20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya)
 
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 
C qrupu
 
22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan)
 
Baş hakim: Simon Li Evans
 
Maynts. "Maynts Arena" 
скачать dle 12.1
Xəbər lenti