İslamiadada İran Çinə qalib gəldi

22-05-2017, 14:19
0
İslamiadada İran Çinə qalib gəldi

Azərbaycanı “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadınlardan ibarət komanda gümüş medal qazanıb. Xinqtay Çen, Jinq Ninq və Miao Vanqdan ibarət heyət finalda İrana uduzub – 1:3.

Jinq Ninq Neda Şahsavarini 3:0 hesabı ilə yensə də, Miao Vanq və Xinqtay Çen ayrı-ayrılıqda Mahşid Aştariyə 2:3, Xinqtay Çen / Miao Vanq dueti Maryam Samet / Neda Şahsavari cütlüyünə 1:3 hesabı ilə uduzub.

Beləliklə, Azərbaycan stolüstü tennisçiləri İslamiadanı 2 gümüş, 1 bürünc medalla başa vurublar. Jinq Ninq qadınların fərdi yarışında gümüş, kişilərdən ibarət komanda isə bürünc medala sahib olub.

скачать dle 12.1
Xəbər lenti