Rusiya idmançıları tamamilə Olimpiyadada iştirakda məhrum oluna bilər

11-02-2023, 16:18
4 482
Rusiya idmançıları tamamilə Olimpiyadada iştirakda məhrum oluna bilər

Rusiya idmançıları hətta olimpiya bayrağı altında belə iştirakdan məhrum oluna bilər.

Xarici agentliklərə istinadən xəbər verir ki, Litvanın Təhsil, Elm və İdman Nazirliyi Baltikyanı ölkələr, Böyük Britaniya, ABŞ və Avstraliya da daxil olmaqla 35 ölkədən ibarət koalisiyanın Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiadasında iştirakdan məhrum edilməsini tələb edəcəyini bildirib.

Nazir Jurqita Şüqcinenenin sözlərinə görə, bu qərar 35 ölkənin idman nazirlərinin onlayn iclasında qəbul edilib. Onun sözlərinə görə, görüşdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib.

Yanvarın sonunda Beynəlxalq Olimpiya Komitəsi yalnız “Ukraynadakı müharibəni dəsəkləməyən” idmançıların yarışa buraxılmasını təklif edib. Komitənin fikrincə, heç bir idmançı sadəcə pasportuna görə yarışmaq imkanından məhrum edilməməlidir. BOK-un təklifinə əsasən, icazə veriləcəyi təqdirdə Rusiya və Belarus idmançıları neytral bayraq altında yarışacaqlar.

Bundan əvvəl Polşanın idman naziri Kamil Bortniçuk Rusiya və Belarusdan olan iştirakçıların Olimpiadaya buraxılmasına qarşı koalisiya yaratmaq niyyətindən danışıb. Baltikyanı ölkələrin rəhbərliyi isə Rusiya və Belarus idmançılarına yarışa icazə verilməsi təqdirdə, Olimpiadanı boykot edəcəkləri ilə hədələyiblər.

Bu arada Kamil Bortniçuk Paris Olimpiadası üçün Putin və Lukaşenko rejimlərinə qarşı çıxan belarus və rus idmançılarından ibarət “mühacirətdə olan komandasını” yaratmaq ideyası ilə çıxış edib. Onun fikrincə, bu ölkələrə qarşı hər hansı ayrı-seçkiliyin olması ilə bağlı ittihamlardan qaçmağa” kömək edəcək.

скачать dle 12.1
Xəbər lenti