Həbib Nurməhəmmədov bu ölkədə özünə restoran açdı

6-03-2023, 10:55
6 235
Həbib Nurməhəmmədov bu ölkədə özünə restoran açdı

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov yeni biznesə girişib.

Dağıstanlı idmançı özünə restoran açır.

Həm də bu istəyini Qazaxıstanda reallaşdıracaq. Nurməhəmmədov bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Mən dəfələrlə Qazaxıstanda olmuşam. Tezliklə daha tez-tez olacağam, bunun rəsmi səbəbi var. Bilirəm ki, ət və yaxşı yemək üzrə həqiqi mütəxəssislər Qazaxıstanda yaşayır. Bu ilin baharında Qazaxıstanda "M-Eat by Khabib" açacağam. Qardaşlar, ilk restoranı harada açmağımı istəyirsinizsə, yazın".

Qeyd edək ki, Nurməhəmmədov son döyüşünü 2020-ci ilin oktyabrında keçirib. Ötən ilin sonunda isə qarışıq döyüş sənətindən gedişini təsdiqləyib.

скачать dle 12.1
Xəbər lenti