Türkiyə AVRO-2024 seçmə mərhələdə Ermənistanla heç-heçə edib

10-09-2023, 10:47
361
Türkiyə AVRO-2024 seçmə mərhələdə Ermənistanla heç-heçə edib

UEFA 2024 Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin D qrupunun beşinci oyununda Eskişehirdə Türkiyə millisi ilə Ermənistan qarşılaşıb. 

Xəbər verir ki, matçı İtaliya Futbol Federasiyasından olan baş hakim Daniele Orsato idarə edib. Matçın köməkçi hakimləri Çiro Karbone və Alessandro Giallatini, dördüncü hakimi isə Antonio Rapuano olub. 

Xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Ermənistan millisinin oyunçusu Biçaxçyan hesabı açıb. 1:0

Oyunun 88-ci dəqiqəsində Türkiyə Bertuğ Yıldırımın vurduğu qolla hesabı bərabərləşdirib. 1:1

Qeyd edək ki, Türkiyə millisi indiyə qədər 4-cü dəfə Ermənistanla qarşılaşıb. Türkiyə millisi Ermənistanla keçirdiyi 3 görüşün hamısında rəsmi qələbə qazanmağı bacarıb.

Türkiyə millisi rəqibinə 3 oyunda 6 qol vursa da, qapısından 1 qol buraxıb.

скачать dle 12.1
Xəbər lenti