Hökümət neftin qiymətini 50 dollardan hesablamağı nəzərdə tutur

22-09-2015, 18:35
0
Hökümət neftin qiymətini 50 dollardan hesablamağı nəzərdə tutur
Azərbaycan hökuməti qarşıdakı 4 ildə dünya bazarında neftin 1 barrelinin qiymətini 50 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.
 
Bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində əks olunub.
 
Sənəddə 2016-2019-cu illər ərzində qara qızılın baza qiymətinin bu səviyyədə qalacağı proqnozlaşdırılır.
 
Qeyd edək ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 dollar götürülüb.
скачать dle 12.1
Xəbər lenti