SOCAR dəniz yatağındakı quyunu istismara verdi

31-08-2015, 19:27
0
SOCAR dəniz yatağındakı quyunu istismara verdi
SOCAR şirkəti “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündən 412 nömrəli quyunu aparılmış geoloji tədbirdən sonra istismara verib.
 
Bu barədə şirkətin saytında dərc olunan məlumatda deyilir.
 
Quyu məhsuldar qatın X horizontundan əlavə süzgəc açıldıqdan sonra qazlift üsulu ilə məhsul verib, 2887-2880 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
скачать dle 12.1
Xəbər lenti