Təqaüdçülər pul itkisi olmadan bütün bankomatlardan pullarını çıxara bilər

1-10-2015, 16:27
0
Təqaüdçülər pul itkisi olmadan bütün bankomatlardan pullarını çıxara bilər
Təqaüdçülər istənilən banka məxsus bankomatdan onlardan pul tutulmadan vəsaitlərini çıxara biləcəklər. Bunu Trend-ə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov deyib.
 
Onun sözlərinə görə, artıq Mərkəzi Banka sözügedən məsələ ilə bağlı təkliflər göndərilib.
 
Mərkəzi Bankda hazırda bu istiqamətdə iş aparılır: “Beynəlxalq təcrübədə təqaüdçünün istənilən bankomatdan ondan pul tutulmadan vəsaitini çıxarması “interfeys” əməliyyatı adlanır. Biz bu əməliyyatla bağlı təkliflər versək də, bunun nizamnaməsini təsdiq edən Mərkızi Bankdır. Bankların öz siyasəti var. Bunu necə razılaşdırırlar, vəsaitin tutulmamasını hansı qaydada bir-birilərinə öturlməsi onlara aid məsələdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq”.
скачать dle 12.1
Xəbər lenti