Etibar Pirverdiyev işçilərin əməkhaqlarını verə bilmir

1-10-2015, 16:28
0
Etibar Pirverdiyev işçilərin əməkhaqlarını verə bilmir

“Sumqayıt Texnologiyalar Parkından vətəndaşlar tərəfindən ərizə və şikayətlər daxil olur ki, biz əmək haqlarımızı ala bilmirik”

Cari ilin 9 ayı ərzində vətəndaşlara ödənilməli olan gecikdirilmiş ödənişlərin həcmi 1,5 mln. olub ki, bunun da 86%-ı (1,290 mln. manat) əmək haqlarının gecikdirilməsidir.
 
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.
 
F. Əlizadə bildirib ki, gecikdirilmiş əmək haqlarının 827 min manatı təkcə bir müəssisənin üzərinə düşür: "Bu da Sumqayıt Texnologiyalar Parkıdır. Bir neçə vaxtdır ki, Sumqayıt Texnologiyalar Parkından vətəndaşlar tərəfindən ərizə və şikayətlər daxil olur ki, biz əmək haqlarımızı ala bilmirik. Amma dünən bizə STP tərəfindən verilən rəsmi məlumata görə, iyul ayı daxil olmaqla, avqust ayının 1-dək bütün əmək haqqı ödənilib".
 
Hazırda özündə 17 zavodu birləşdirən böyük Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verilib. Bu layihəyə nə qədər investisiya qoyulduğu açıqlanmasa da, bunun 100 milyonlarla ölcülə biləcəyi şübhə doğurmur.
 

 

Texnoparkın icraçı direktoru Sahib Musayev olsa da, burdakı bütün işlərə nəzarət “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev tərəfindən həyata keçirilir. Hər halda son vaxtlara qədər belə olub. İşcilər də “STP”-nin rəhbəri kimi Etibar Pirverdiyevi tanıyırlar. Hətta bir ara mətbuata şikayət edən işçilər Texnoparkdakı sexlərdən birinə rəhbərlik edən Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun özünü bütün zavodun ağası kimi apardığını bildirmişdilər.
 
Bundan əlavə Texnoparkdakı malliyə məsələlərinə Pirverdiyevin şəxsən nəzarət etdiyinə dair məlumatlar var. 
 
Onu da qeyd edək ki, “Azərenerji”dəki son auditin nəticələri Etibar Pirverdiyevin enerji sektorunu batırdığını, bu sahəyə ayrılan milyardlarla vəsaiti təyinatı üzrə xərcləmədiyini ortaya çıxarıb. Şikayətlərdən belə məlum olur ki, Sumqayıt Texnologiyalar Parkında vəziyyət gərgindir.
 
Bir müddət əvvəl "Yeni Müsavat" qzzeti yazmışdı ki, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb. 
 
Bundan başqa, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib. 
скачать dle 12.1
Xəbər lenti