Azərbaycanın valyuta ehtiyatları 9 aya 50 faiz azalıb

3-10-2015, 22:24
0
Azərbaycanın valyuta ehtiyatları 9 aya 50 faiz azalıb
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları illik müqayisədə 53,17% azalaraq cari ilin oktyabrın 1-nə 7 044,2 mln. ABŞ dolları təşkil edib. "Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, təkcə bu ilin sentyabr ayında valyuta ehtiyatları 3,7% azalıb. İlin əvvəli ilə müqayisədə isə azalma 48,8% olub.
Qeyd edək ki, cari il yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 13 758,3 mln. dollar təşkil edib. Yanvardan azalmağa başlayan ehtiyatlar fevralın 1-nə 12 680,8 mln. dollar, martın 1-nə 11 004,4 mln. dollar, aprelin 1-nə 9 472,1 mln. dollar, mayın 1-nə 8 387,9 mln. dollar, iyunun 1-nə 8 430,8 mln. dollar olub. İyunda nisbətən artan valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8 520,2 mln. dollara qalxsa da, daha sonra iyulda və avqustda azalma davam edib. Ehtiyatların həcmi avqustun 1-nə 8 501,5 mln. dollara, sentyabrın 1-ə isə 7 315,4 mln. dollara enib.
скачать dle 12.1
Xəbər lenti