İsveçrədə gizli hesabları olan azərbaycanlı məmurların nəzərinə!

29-10-2015, 00:09
0
İsveçrədə gizli hesabları olan azərbaycanlı məmurların nəzərinə!
Avropa Parlamenti (AP) Avropa Birliyi ilə (AB) İsveçrə arasında bank hesab məlumatlarının qarşılıqlı dəyişdirilməsiə dair müqavilə layihəsini dəstəkləyən qətnamə qəbul edib.
 
AP-nin Strasburq Şəhəri iclasında səsverməyə çıxarılan və qəbul edilən qərarda, Aİ ölkələrində və İsveçrədə qeydiyyatı olan şəxslərin bank məlumatları və fəaliyyətləri barədə məlumatlar avtomatik olaraq AB və İsveçrə arasında 2018-ci ildən etibarən paylaşılacaq.
 
Belə bir qərarın verilməsinin səbəbi vergilərin gizlədilməsinin qarşısının alınmasıdır.
 
Bir müddət əvvəl, İngiltərənin ən böyük banklarından HSBC-nin “varlı müştərilərinin İsveçrədəki hesabları” vasitəsilə vergi qaçırdığı iddia edilmişdi. Bu məsələ ilə əlaqədar daha əvvəl də İsveçrədə UBS, Credit Suisse və İsrail bankı Leumi-nin İsveçrə şöbəsi ABŞ tərəfindən cərimələnmişdi.
скачать dle 12.1
Xəbər lenti