Azərbaycanda 200 min manatlıq evlər 120 min manat olub

2-11-2015, 23:21
0
Azərbaycanda 200 min manatlıq evlər 120 min manat olub
Mingəçevir şəhərində mənzillər və torpaq sahələri ucuzlaşıb.
 
El TV (Region TV) xəbər verir ki, bu şəhərdə 3 ay əvvəl 26- 27 min ABŞ dollarına satılan 1 otaqlı mənzil hazırda 23 min, 23 min 500 manatadır. 2 otaqlı mənzilin qiyməti 55 min manatdan 42 min manata düşüb. Şəhərin mərkəzi hissəsində əvvəllər 10-12 min ABŞ dollarına olan 1 sot torpağın qiyməti hazırda 8 min manat civarındadır. Ucuzlaşma həyətyanı sahəsi olan evlərin qiymətinə də təsir edib. "120 minlik evlər. 60 min manata düşüb 200 min manatlıq evlər 120 min manata olub", - deyə rieltor Aydın Heydərov bildirib.
 
Rieltorların sözlərinə görə, hazırda daşınmaz əmlak bazarındakı qiymət indeksləri 2009-cu ilin göstəricilərinə bərabərdir. Səbəb isə neftin qiymətinin aşağı düşməsi və ABŞ dollarının məzənnəsinin yüksəlməsidir. Mənzillər və torpaq sahələri ucuzlaşmaqla yanaşı, alıcıların sayı da əvvəlki vaxtla müqayisədə azdır.
 
Rieltorların qənaətincə. daşınmaz əmlak bazarında hələlik qiymətlərin artma ehtimalı yoxdur.
скачать dle 12.1
Xəbər lenti