Neft Fondu indiyə kimi dövlət büdcəsinə nə qədər pul köçürüb? - CƏDVƏL
6-11-2015, 15:43
0
Neft Fondu indiyə kimi dövlət büdcəsinə nə qədər pul köçürüb? - CƏDVƏL
2003-cü ildən 2015-ci ilin 1 oktyabr tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 61 mlrd. 422 mln. manat olub.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatında bildirilir ki, 2015-ci ilin 9 ayında Fonddan dövlət büdcəsinə 5 mlrd. 650 mln. manat transfert olub.
ARDNF, ümumiyyətlə, 2003-cü ildə dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.
Həmin ildən dövlət büdcəsinə transfertlər aşağıdakı cədvəldə əksini tapıb:
|
İllər
|
Transfertlər, mln. manatla
|
|
2003
|
100
|
|
2004
|
130
|
|
2005
|
150
|
|
2006
|
585
|
|
2007
|
585
|
|
2008
|
3 800
|
|
2009
|
4 915
|
|
2010
|
5 915
|
|
2011
|
9 000
|
|
2012
|
9 905
|
|
2013
|
11 350
|
|
2014
|
9 337
|
|
2015-proqnoz
|
8 000
|
ARDNF 2001-ci ilin əvvəlindən bu il noyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 116 milyard 007 milyon dollar gəlir əldə edib.
Fonddan bildirilib ki, bu ilin on ayında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 856 milyon dollar vəsait daxil olub.
“Şahdəniz” yatağının işlənməsi layihəsindən isə Fond 2007-ci ildən bu il noyabrın 1-dək 2 milyard 399 milyon dollar gəlir əldə edib.
Bu yataqdan 2015-ci ilin 10 ayında Neft Fondunun gəliri 279 milyon dollar təşkil edib.
Beləlikə, indiyə kimi ARDNF 118,4 milyard dollar gəlir əldə edib.
скачать dle 12.1